04:40
(077) 610-22-33

Nurçular Azərbaycanda gizli kasetlər yayacaq - Şok

  • >
1 529 6 Mart 2014 21:21 | Cəmiyyət

"Son zamanlar nurçular barəsində mediada xəbərlərin yayılması onların aktiv şəkildə müdafiəyə başlamasına səbəb olub".

Bu sözləri "Axar.az"a adının açıqlanmasını istəməyən türk hökumətyönümlü köşə yazarlarından biri deyib.
Yazar nurçularla bağlı Azərbaycanda hələ indiyə qədər belə aktivliyin müşahidə olunmadığını bildirib. O bu addımın Türkiyədə baş verən hadisələrdən sonra önləmə tədbiri kimi görülməsinin vacib olduğunu deyib.
"Azərbaycan kiçik bir ölkədir. Dil və din baxımından yaxınlıq bu ölkədə onların daha aktiv şəkildə özlərinə yer etməsinə səbəb olub. Azərbaycanın iqtisadi cəhətdən inkişafda olması onların burada uğur qazanmasına səbəb olub. Sizə sual verirəm. Deyin görüm, onların təklif etdiyi təhsil və yaxud başqa şeylər niyə sizin ölkədə uğur qazanır?"
Yazar həmçinin son günlər Azərbaycanda rəhbər şəxslərin adlarının onlarla yanaşı hallanmasının heç də təəccüblü olmadığını qeyd edib. O məhz sonralar bunlar vasitəsilə təriqətin hücuma keçəcəyini bildirib: "Təsəvvür edin ki, getdikləri hər bölgədə adamları var. Azərbaycanda da belə adamların xüsusilə dövlət idarələrində olması təəccüblü deyil. Sizdə hələ də adları bəlli olmayan kifayət qədər şəxs var ki, Fətullah Gülən maliyyəsi ilə fəaliyyət göstərir. Onlar isə bu dayaqlarını möhkəmlətməklə lazım olduqları zaman öz arzularını çox asan şəkildə həyata keçirəcəklər".
Mənbə həmçinin nurçuların Türkiyədəki kimi Azərbaycanda hücuma keçmə ehtimalının olduğunu da deyib:
"Bir şeyi unutmayın. Onların hətta ən yaxın adamlarının belə, şantaj ediləcək zəif yerləri var. Bu Türkiyədəki kimi kasetlər də ola bilər. Bu kasetlər var, amma onlar hələ zamanını gözləyir. Bəzilərinin isə xüsusilə aldıqları pulun qəbzləri arxivdə saxlanılır. Azərbaycan Türkiyədən bir az fərqlidir. Yəni sizdə hələ də Şərqin təfəkkürü daha dominant bir mövqeyə sahibdir. "Mən kişiyəm, mənə hər şey olar" demək kimi. Buna görə də kasetlər o qədər də uğur gətirməyəcək. Lazım olan şəxslər daha çox sənəd və qəbzlərlə vurulacaq".
Bu kasetlərin harada saxlanılması məsələsinə gəlincə isə, köşə yazarı bunun üçün bir neçə variantın olduğunu bildirib:
"Türkiyədə bununla bağlı bir neçə variant var idi. Ən birincisi, Pensilvaniya idi. Bu, daha real görünür. İkinci variant isə "Zaman" qəzetiydi. Bütün tədqiqatçıların hər biri bu qəzetin arxivində milyonlarla sənəd və görüntülərin olduğunu vurğulayırdılar. Yaxşı, əgər belə deyilsə, o zaman AKP-yə qarşı şok yaradacaq sənədlər haradan çıxırdı?"

Qeyd edək ki, bir az öncə saytımıza açıqlamasında politoloq Ərəstun Oruclu nurçuların Azərbaycanda tam möhkəmləndiklərinə inanmadığını demişdi.


AzNews.az
Bağla X