03:38
(077) 610-22-33

Bu gün yazıçılar toplanacaq- “Qanun”a görə

  • >
767 7 Mart 2014 10:03 | Cəmiyyət

"Qanun" nəşriyyatı Vergilər Nazirliyinin əməkdaşlarının nəşriyyatın kompüter, mühasibatlıqda olan bütün sənədlərini zorla götürüb apardıqları üçün bu gün toplantı keçirir.

Yazıçılar bu məsələni müzakirə edib müvafiq müraciətlər qəbul etmək üçün saat 14:00-da Yazıçılar Birliyində bir araya gələcək.

Qeyd edək ki, sənədlər və sənəd hesab edilməyən qeydlər əsasında Audit İdarəsi yoxlama apararaq nəşriyyata 150 min manat məbləğində cərimə müəyyən edən qərar çıxarıb. "Qanun" nəşriyyatı bu qərardan şikayət etsə də, buna məhəl qoyulmadan dərhal cinayət işi başlanıb, nəşriyyatın bütün işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar, korrektorlar, ümumilikdə yüzə qədər yaradıcı və texniki heyət cinayət təqibinə məruz qalıb.

AzNews.az
Bağla X