04:46
(077) 610-22-33

İcra başçısı sürücünü döyüb? – İH-dən açıqlama

  • >
6 353 11 Mart 2014 12:43 | Cəmiyyət

Bir sıra Kütləvi İnformasiya Vasitələrində (KİV) Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Elçin Fətullayev adlı rayon sakinini döydüyü məlumatı yayılıb.

Onun döyülməsinə səbəb isə idarə etdiyi avtomobilli ilə icra başçısının maşınını sürətlə ötüb-keçməsi göstərilir.

Şahidlərin sözlərinə görə, şəxsi maşını ilə xəstə yaxınını xəstəxanaya çatdırmaq üçün sürətlə gedən E.Fətullayevin yolu arxadan gələn icra başçısı tərəfindən kəsilib və yol polisinin gözü önündə vətəndaş döyülüb. Maşınının keçilməsindən əsəbiləşən icra başçısı rayon sakinini təhqir edərək, döyüb.

Bundan başqa bildirilir ki, sonra həmin şəxsə məsələni gizli saxlamaq tapşırılıb.

Məsələ ilə bağlı AzNews.az-a danışan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Şahin Məmmədov 130 min əhalisi olan rayon başçısı vəzifəsini icra edir. O rayonda abadlıq quruculuq işi ilə məşğuldur. Onunla bağlı yayılan bu cür məlumatlar yalandır və heç bir əsasa söykənmir. İcra başçısı kimisə təhqir etmək və yaxud döymək səviyyəsində malik olan insan deyil. O əksinə rayonda adamların tərbiyələnməsi ilə də məşğuldur. Kimin tərbiyəsi yoxdursa, hərəkətin bilmirsə, müəyyən maarifləndirmə tədbirləri vasitəsi ilə başa sala bilirik".

Amid
AzNews.az
Bağla X