10:08
(077) 610-22-33

Bakı Metropoliteni: “Müqavilələrin müddəti uzadılmayacaq“

  • >
839 11 Mart 2014 18:50 | Cəmiyyət



Bu gün bir qrup şəxslər Bakı Metropoliteni keçidlərindəki köşklərin ləğv edilməsinə etiraz əlaməti olaraq aksiya keçirməyə cəhd göstəriblər.

AzNews.az xəbər verir ki, Bakı Metropoliteninin mətbuat xidmətinin məlumatına görə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" prezidentin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

"Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndir.

Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilib", - deyə məlumatda bildirilib.


AzNews.az
Bağla X