08:14
(077) 610-22-33

AMEA-da yeni təyinatlar

  • >
1 372 13 Mart 2014 13:45 | Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Təbiət Tarixi Muzeyinin direktoru təyin edilib.

Akademiyadan AzNews.az-a verilən məlumata görə, muzeyin direktoru vəzifəsinə biologiya üzrə fəlsəfə doktoru Tariyel Mahmud oğlu Eybatov təsdiq edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Digər bir qərarla muzeyin direktor müavini vəzifəsinə Obrik Abdulla oğlu Zeyniyev təyin olunub.

Filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifəsinə təsdiq olunub.

Gülbəniz İbrahim qızı Babaxanlı 3 avqust 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin "Filologiya" fakültəsini bitirib. 5 monoqrafiya, 120-dən çox elmi məqalə və xaricdə çıxmış 16 elmi əsərin müəllifidir.

Amid
AzNews.az
Bağla X