- Köhnə - Cəmiyyət
- 14 Mart 2014 12:42
- 3 359
Şeyxdən din xadimlərinə çağırış: “Ehtiyatlı olun“
AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə şimal-qərb bölgəsinə səfəri zamanı Şəkidə dini icmaların nümayəndələrinin iştirakı ilə keçiirlən müşavirədə bildirib.
Ölkədə məzhəbçiliyə, təfriqəçiliyə meyillərin olduğunu bildirən şeyxülislam bu kimi hallara qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Allahşükür Paşazadə din-dövlət münasibətlərindən də danışıb, dindən şəxsi məqsədlər üçün istifadənin yolverilməz olduğunu qeyd edib.
Şeyxülislam bölgədə dini təriqətlərin aktivliyini nəzərə alaraq, din xadimlərini ehtiyatlı olmağa çağırıb: "O insanlar ki, yollarını azıblar, bəlkə də kimsə onları Allah üçün deyil, din üçün deyil, siyasət üçün yolundan azdırmaq istəyirsə, həmin şəxslərə tövsiyəm odur ki, səhvlərini başa düşsünlər, tezliklə düz yola qayıtsınlar".
AzNews.az