08:38
(077) 610-22-33

Qarabağ qaziləri ilə bağlı sərəncam veriləcək

  • >
781 14 Mart 2014 13:57 | Cəmiyyət

"Ünvanlı sosial yardımın verilməsi ilə bağlı banklar arasında tender elan edilib. Bu tenderdə bankomat şəbəkəsinə malik olan bütün banklar iştirak edə bilər".

Publika.az xəbər verir ki, bu barədə əhalinin əmək və sosial südafiə naziri Səlimov Müslümov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Sosial Müdafiəsi Mərkəzlərinin rəhbərləri və işçilərinə tapşırıq verilmişdi ki, özlərində olan əhaliyə aid kartları sahiblərinə təhvil versinlər: "Bununla bağlı onlara tapşırıq verilmişdi. Amma əhalidən gələn şikayətlər göstərdi ki, hələ də gizlədilən kartlar var. Bunun aradan qaldırlması üçün yeni tenderin keçirilməsi və yeni kartların olmasına ehtiyac var idi".

S. Müslümov əmək kitabçalarının ləğvi barədə də danışıb. Bildirib ki, bununla bağlı proqram təminatı başa çatdırılıb: "Yaxın zamanlarda ilk seminar da keçiriləcək. İctimaiyyətə məlumat veriləcək. Ondan sonra da istismarına başlanacaq. Bu proses tam həyata keçirildikdən sonra əmək kitabçaları heç bir funksiyanı yerinə yetirməyəcək. Hər kəs haqqında məlumatlar elektoran ünvada olacaq" .

Nazir Qarabağ müharibəsi əlillərinə müavinlətlərin verilməsi ilə bağlı məsələyə də toxunub: "Prezidentin tapşırığı var. Bu günlərdə şad xəbərli fərman və sərəncamlar olacaq" .

AzNews.az
Bağla X