17:32
(077) 610-22-33

“Azərsu” ASC-dən “Novruz“ yardımı- FOTO

  • >
742 19 Mart 2014 14:33 | Cəmiyyət

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novruz bayramı münasibəti ilə Saatlı rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilib.

ASC-dən verilən məlumata görə, un, yağ, şəkər tozu, qənd, düyü və digər məhsullarından ibarət ərzaq yardımı Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilib.

"Azərsu" ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin ediblər.

Novruz bayramı ərəfəsində Səhmdar Cəmiyyətin əməkdaşları 7 saylı fiziki-əqli qüsurlu uşaqlar üçün internat məktəbinə hədiyyələr təqdim etmiş, bayram şənliyi keçiriblər.

Amid
AzNews.az
Bağla X