07:58
(077) 610-22-33

Firuz Mustafa: “Ağakişi Kazımov gənclərin qarşısına dəmir sədd çəkib”

  • >
1 132 29 Avqust 2012 06:32 | Cəmiyyət

Firuz Mustafanın AzNwes.az-a müsahibəsi:

-Tanınmış rejissor Ağakişi Kazımov internet portallarının birinə verdiyi müsahibədə qeyd edir ki, bu gün teatrlarda sifariş də var, böyük adamlarının zorla tamaşa qoydurması da. Bu fikrə münasibətiniz?

-Məncə, bu barədə, kiminsə "əlahiddə" göstərişi yoxdur. Sadəcə olaraq, yoldaş İsrafilov repertuar planını köhnə bir raykom katibi kimi totalitar qaydada, özü bildiyi şəkildə tərtib etmək istəyir. Əlbəttə, o, repertuara daha yaxşı əsər daxil etmək istəsəydi, o biri yazıları da oxuyar, fikir mübadiləsi aparardı. Axı ona başqa yazıların əsərlərinin toplandığı kitab da vermişdim.

-Bir sıra rejissorlar dramaturgiya ilə məşğul olan adamların, xüsusən gənclərin, teatrlara yol tapa bilməməyinin əsas səbəbkarı kimi bir sıra şəxslərin teatrı az qala monopoliyaya almasını göstərir?

-Bizdə bütün sahələrdə olduğu kimi, sənət aləmində də vəzifəyə və pula səcdə edənlər kifayət qədər çoxdur. Əsərləri proteksiya, tanışlıq və ya digər "qara və gizli yollarla" səhnəyə yol tapan adamlar da olur. Əgər Firuz Mustafanın "böyük vəzifəsi" və ya geniş maddi imkanları olsaydı, yəqin ki, onun da qapısının ağzında əsər davası eləyənlər kifayət qədər bol olardı.

- Belə çıxır ki, Sizin əsəriniz repertuar planından çıxarılıb…

- Əsər 2010-cu ilin repertuar planında olub. Amma indiyəcən oynanılmayıb. Əgər diqqət yetirdinizsə, Ağakişi müəllim öz müsahibəsində deyir ki, imkan verin əsəri səhnəyə qoyum, əgər tamaşa alınmasa mən bir də teatra dönmürəm. Belə çıxır ki, bütün həyatını teatra qoyan görkəmli rejissora belə bir şansı vermək istəmirlər. Teatr rəhbərləri, adətən, öz çıxışlarında "növbətçi" cümlələrlə danışaraq, özlərinə borc bilirlər ki, desinlər: yaxşı əsər sarıdan korluq, qıtlıq çəkirik. Bunlar əsassız fikirlərdir. Gənc dramaturq, direktorun qəbuluna düşə bilir ki, əsər də təqdim etsin? Mən Yazıçılar Birliyində dramaturgiya sektoruna rəhbərlik edirəm, istedadlı cavanlar müraciət edir, di gəl ki, onların yolu dəmir sədlərlə əhatə olunmuş teatrlardan keçməlidir. Gənclərə qayğıdan günlərlə danışmaq olar. Amma sözlə iş bitmir axı… "Azdrama"nın ən "gənc" müəllifi altmış yaşı çoxdan adlayıb. Əlbəttə, söhbət hələ yaşda da deyil. Ortada normal tamaşa olmalıdır. Belə bir tamaşa olubmu bu son illərdə?

Lalə
AzNwes.az
Bağla X