00:40
(077) 610-22-33

Ramiz Əzizbəyli xəstəxanadan çıxdı: “Özümə gəlim...”

  • >
1 038 2 Aprel 2014 16:00 | Cəmiyyət


Səhhətində yaranan ciddi problem səbəbindən fevralın sonlarında xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti Ramiz Əzizbəyli evə buraxılıb. Bu barədə AzNews.az-a xalq artistinin özü məlumat verib.

R. Əzizbəyli deyib ki, səhhəti qaydasına düşüb və özünü yaxşı hiss edir: "Artıq xəstəxanadan çıxmışam və evdəyəm. Bir müddət insanlarla təmasdan çəkinəcəyəm. Bir qədər özümə gəlim, sonra kim istəsə, onu qonaq qəbul edə bilərəm". Xalq artisti bildirib ki, bundan sonra müalicəsini ev şəraitində davam etdirəcək.

Qeyd edək ki, Ramiz Əzizbəyli "beyin insultu" diaqnozu ilə bu ilin fevralın 21-də Azərbaycan Tibb Universitetinin Terapiya Klinikasına yerləşdirilib. Daha sonra isə Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X