06:00
(077) 610-22-33

Qənirə canlı yayımda Mikayılı pərt etdi

  • >
5 612 7 Aprel 2014 22:08 | Cəmiyyət


"Space" televiziyasının efirində yayımlanan "Sevimli şou" verilişində aparıcını çətin vəziyyətə salan anlar yaşanıb.

AzNews.az xəbər verir ki, Qənirə adlı bir tamaşaçı telefonla canlı yayıma qoşularaq fikirlərini bildirərkən verilişi toyxanayla müqayisə edib:

"Mikayıl bəy, o qədər gözəl veriliş gedir ki, elə bil evimiz toyxanadır. Bayaqdan evdə nəvələrim, uşaqlar oynayırlar. Sizin dediyiniz şeirlər, qəzəllər bizi valeh edir".
Xatırladaq ki, Mikayıl Güləddinoğlunun aparıcısı olduğu "Sevimli şou" hər dəfə efirə gedəndən sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur. Hətta statuslarında sözügedən verilişi "toyxana" adlandııran istifadəçilərə də rast gəlinir.

İntiqam Valehoğlu
Bağla X