Fuad Muradov seçicilərlə görüşdü

Milli Məclisin deputatı Fuad Muradov Səbail rayonun Patamdart qəsəbəsində yaşayan seçicilərlə görüşüb.

Mədəniyyət evində keçirlən görüş zamanı deputat sakinləri maraqlandıran məsələlər barədə danışıb. Deputat bildirib ki, qəsəbənin son illərdəki inkişafı göz önündədir. Son illərdə burada yaşayan əhalinin sayının artması qəsəbənin infrastrukturunun tənzimlənməsində müəyyən probelmlər yaratsa da onların əksəriyyəti həll olunub. Deputat vurğulayıb ki, bütün aparılan tikinti-quruculuq işləri prezident İlham Əliyev tərəfindən ölkə miqyasında aparılan böyük islahatların tərkib hissəsidir.

Daha sonra görüş iştirakçıları öz təkliflərini səsləndiriblər. Seçicilər tərəfindən qaldırılan ayrı-ayrı ərazilərdəki kommunal xarakterlli təkliflərin həlli üçün müvafiq tapşırıqlarını verən F. Muradov bütün təklifləri müvafiq orqanların qarşısında qaldıracağını bildirib.

AzNews.az