11:33
(077) 610-22-33

Kərəm Həsənov Tovuzda qəbul keçirdi

  • >
833 11 Aprel 2014 19:39 | Cəmiyyət

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Tovuzda növbəti dəfə vətəndaşları qəbul edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir, və Gədəbəy rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşlar əsasən dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, fərdi həyət evlərinə mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın alınması, torpaq sahələrinin özəlləşdirilməsi, qeyri yaşayış sahələrinin dövlət qeydiyyatına alınması məsələləri ilə sədrə müraciət edib.

Müraciətlərin həlli üçün aidiyyatı struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bəzi məsələr isə operativ olaraq həlli ücün uyğun tapşırıqlar verilərək, qanunvericiliyə uyğun yerindəcə həllini tapıb. Qeyd edək ki, bu günə qədər komitə sədri tərəfindən 13 vətəndaş qəbulu kecirilib və 300-ə yaxın vətəndaşların müraciəti dinlənilib.

Əmlak məsələləri Dövlət komitəsi xüsusi təbəqədən olan insanlara, ahıl, əlil, sağlamlığı məhdud olan və uzaq ərazilərdə yaşayan vətəndaşların öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün mobil ofislər yaradılıb ki, onların vasitəs ilə əhaliyə ünvanlarda xidmət göstərilir. Bu xidmət müvafiq cədvələ uyğun olaraq bölgələrdə təşkil olunur. Mobil ofisin növbəti xidməti 11-26 aprel tarixində Gəncə, Daşkəsən, Goygöl və Samux rayonlarında yaşayan vətəndaşlara göstəriləcək.

AzNews.az
Bağla X