20:57
(077) 610-22-33

Siyavuş Novruzov parlamentdəki çıxışından danışdı

  • >
1 527 19 Aprel 2014 19:25 | Cəmiyyət

"Müxalifət təmsilçiləri özlərinə iş tapmayanda hər zaman ucuzlaşmağa dorğu istiqamətlənmiş addımlar atırlar".

Bi fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov parlamentin ötən iclasındakı çıxışına müxalifət qüvvələrinin reaksiyasına münasibət bildirərkən deyib.

Siyavuş Novruzov vurğulayıb ki, müxalifət təmsilçiləri yaxşı olardı ki, parlamentdə Dağlıq Qarabağ, Xocalı kimi ümummilli məsələlərə, problemlərə münasibətini bildirsinlər və belə ucuz hallara yol verməsinlər: "Türkiyə kimi böyük bir dövlətin parlamentində Azərbaycanın bu kimi ağrılı problemləri qabardılır. Türkiyəli həmkarlarımız bizim haqq səsimizə dəstək verirlər. Amma bizim müxalifət hər zaman belə rəzil üsullarla özlərinə siyasi dəstək qazanacağını düşünür. Hesab edirəm ki, onların hər bir sözün ucundan tutaraq ucuzluğa getmələri, elə ucuzluq və düşükçülük əlamətidir. Müxalifət bu üsullarla özünə divident qazanmağa çalışır".

Qeyd edək ki, S. Novruzovun parlamentin son iclasındakı çıxışı zamanı işlətdiyi "Molitov kotleti" ifadəsi mediada və sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

AzNews.az
Bağla X