02:05
(077) 610-22-33

“Əsrin müqaviləsi“nə görə müsabiqə elan olundu

  • >
906 4 Avqust 2014 14:51 | Cəmiyyət

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə "Əsrin müqaviləsi"nin 20 illik yubileyi münasibətilə "20 şanlı il" mövzusunda vokal və instrumental musiqi əsərlərinin müsabiqəsini elan olunub.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər üçün yaş məhdudiyyəti yoxdur. Göndərilən materiallar yalnız CD-də olmalıdır.

Qaliblər iki nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:
Ən yaxşı vokal əsəri - 5000 AZN
Ən yaxşı instrumental əsər - 5000 AZN

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlər tələb olunur:
1. Müəllif haqqında məlumatları əks etdirən CV (ünvan və əlaqə məlumatları göstərilməklə)
2. Musiqi əsərinin klaviri
3. İki ədəd fotoşəkil
4. Şəxsiyyət vəsiqəsinin surəti.

Sənəd qəbulu sentyabrın 10-dək davam etdiriləcək. Qaliblər sentyabrın 20-də elan olunacaq.

Sənədlər aşağıdakı ünvana göndərilməlidir:
Bakı şəh., Səbail r-n, Neftçilər pr.67, mənzil 19a.
Əlaqə telefonları: 012 492 93 28; 012 492 39 02

AzNews.az
Bağla X