22:36
(077) 610-22-33

İcra başçısının “Sovetski”də tutdurduğu qadınlarla bağlı yeni məlumat

  • >
2 346 8 Avqust 2014 15:28 | Cəmiyyət

Bakının “Sovetski” adlanan ərazisində evlərinin sökülməsinə etiraz etdiyinə görə polisə aparılan qadınlar sərbəst buraxılıb.

Bu barədə məlumatı AzNews.az-a Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin növbətçi hissəsindən verilib. Bölmədən deyilib ki, gətirilən vətəndaşların izahatları alındıqdan sonra buraxılıb.

Qeyd edək ki, qadınların polisə aparılması xəbərini bu gün AzNews.az yaymışdı. Bildirilirdi ki, söküntüyə mane olan qadınlar Yasamal İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin göstərişi ilə polisə aparılıb. Hətta onlardan biri qışqıraraq, körpə uşağın evdə yatdığını bildirib. Yalvarıb ki, buldozerə verilən evindən heç olmasa, uşağı çıxarsınlar.

Lakin maraqlıdır ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov APA-ya açıqlamasında xəbəri təkzib edib: "Bu gün Bakının Sovetski məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəməyən ailələrin evlərinin sökülməyə başlaması, hətta guya körpə uşaq olan evin buldozerlə sökülməməsi üçün qadınların yalvarması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir, yalandır".

AzNews.az
Bağla X