00:32
(077) 610-22-33

Vaqif Səmədoğlu yenidən İsrailə gedəcək - Həyat yoldaşıdan açıqlama

  • >
1 264 14 Avqust 2014 09:12 | Cəmiyyət

“Həkimlər Vaqif Səmədoğlunun hələlik Azərbaycanda müalicəsinin davam etdirilməsini məqsəduyğun hesab ediblər”.

Bunu AzNews.az-a açıqlamasında xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova deyib.

V. Səmədoğlunun səhhətinin dəyişməz olaraq qaldığını deyən N. Vəkilova bildirib ki, həkimlər şairin yayın sonlarına kimi Azərbaycanda müalicə olmasını uyğun biliblər: "Yayın sonlarına kimi Azərbaycanda olacağıq. Hazırda müalicə prosesi davam edir".
O, əlavə edib ki, yay fəsli başa çatdıqdan sonra müalicənin davam etdirilməsi üçün İsrailə gedəcəklər.

Qeyd edək ki, V. Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir. Xalq şairi xəstəliyi ilə bağlı İsraildə dəfələrlə müalicə kursu keçib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X