10:18
(077) 610-22-33

Hərbi Hava Qüvvələrinin təlimləri davam edir - FOTOLAR

  • >
1 105 14 Avqust 2014 14:59 | Cəmiyyət

Avqustun 14-də Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının "Buk-MB" zenit-raket komplekslərindən iştifadə olunmaqla təlimləri davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə keçirilən təlimlərin əsas məqsədi şəxsi heyət tərəfindən döyüş tapşırığının düzgün yerinə yetirilməsinin müəyyən edilməsi, hərəkətdə olan qoşun qruplaşmalarının, mühüm hərbi və mülki obyektlərin hava zərbələrindən mühafizəsinin təşkil olunmasıdır.

Təlimlər zamanı ehtimal olunan düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində pilotsuz və pilotlu hava hücumu vasitələrini, digər hava hədəflərini, o cümlədən, ballistik və qanadlı raketləri aşkarlamaq, tanımaq, avtomatik izləməyə götürmək və atəşlə məhv etmək kimi praktiki məşqlər həyata keçirilib.

Müdafiə naziri tərəfindən qoyulan tapşırıqlar hava hücumundan müdafiə qoşunları tərəfindən uğurla yerinə yetirilib və döyüş atışlarının nəticəsi yüksək qiymətləndirilib.

Təlimlər davam edir.


AzNews.az
Bağla X