- Köhnə - Cəmiyyət
- 18 Avqust 2014 16:54
- 3 636
İsmayıl Ömərovun qızı və kürəkəni də İTV-dən çıxarıldı
"Qafqazinfo" xəbər verir ki, televiziyanın London bürosunda baş prodüsser vəzifəsində çalışan qızı Səmədova Könül və kürəkəni Səmədov Ruzi ilə əməkdaşlığa xitam verilib. "Qafqazinfo" bu xəbəri dəqiqləşdirmək üçün İTV ilə əlaqə saxlayıb. Kanaldan bildirilib ki, onlar çoxdan öz ərizələri ilə istefa veriblər.
Bu arada "Qafqazinfo"ya daxil olan digər məlumata görə, ümumiyyətlə İTV-nin yeni rəhbərliyi xarici ölkələrdəki bürolara "əl gəzdirməklə" məşğuldur. Belə ki, televiziyanın digər ölkələrdəki bürolarının da bağlanması istimqamətində proses gedir.
Xatırladaq ki, Cəmil Quliyev İTV-ə baş dirtektor təyin olunduqdan sonra televiziyada keçmiş baş direktor İsmayıl Ömərova yaxınlığı ilə tanınan böyük bir qrup əməkdaş işdən azad edilib.