15:24
(077) 610-22-33

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb

  • >
730 22 Avqust 2014 12:57 | Cəmiyyət

Azərbaycanda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 177 474 nəfər olub. Onlardan 26 398-i insulindən asılı şəkərli diabet xəstələri, 150 548-i isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir. Əhalinin hər 100 000 nəfərinə - cəmi 1 896,7 nəfər şəkərli diabet xəstəsi düşür.

2013-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı isə 24 182 nəfər təşkil edib. Onlardan 3 510-u insulindən asılı, 20 426-sı isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

AzNews.az
Bağla X