10:11
(077) 610-22-33

Azərbaycanın peşəkar güləşçisi Suriyaya cihada getdi

  • >
1 822 25 Avqust 2014 10:08 | Cəmiyyət

İsmayıllı rayonundan olan 5 mücahid Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.

Bu barədə AzVision.az-a rayon sakinləri məlumat veriblər. Bildirilir ki, 3 sələfi mücahid həyat yoldaşı və uşaqları ilə birlikdə Suriyadakı döyüşlərdə iştirak etmək üçün gediblər.

Suriyaya cihada gedən Rəşad adlı mücahidin dəfələrə Respublika Çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçi olduğu deyilir.

Sakinlərin sözlərinə görə, onların Suriyaya getmələrindən ailələri sonradan xəbər tutublar.

AzNews.az
Bağla X