Bu gün Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə opera müğənnisi Fidan Hacıyevaya “Xalq artisti” fəxri adı verib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə opera müğənnisi Fidan Hacıyevaya “Xalq artisti” fəxri adı verib.

“Bu, 8 martda aldığım ən böyük hədiyyə oldu” – Fidan Hacıyeva

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə opera müğənnisi Fidan Hacıyevaya “Xalq artisti” fəxri adı verib.



Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva AzNews.az-a açıqlamasında "Xalq artisti" fəxri adı ilə təltif olunduğu üçün ilk növbədə prezident İlham Əliyevə təşəkkürünü bildirib.

"Azərbaycan mədəniyyətinin təbliğində böyük xidməti olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya da minnətdaram. Mən söz verirəm ki, bundan sonra da Azərbaycan mədəniyyətini çıxdığım səhnələrin hər birində layiqincə təmsil edəcəm. Qarşıdan gələn 8 mart qadınlar bayramında bu, aldığım ən böyük hədiyyə oldu", - deyə Fidan Hacıyeva vurğulayıb.

Qeyd edək ki, mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verib.

Bahar RÜSTƏMLİ
AzNews.az