13:00
(077) 610-22-33

Əli Həsənovun bu gün 55 yaşı tamam oldu

  • >
2 253 10 Mart 2015 09:26 | Cəmiyyət

Bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun 55 yaşı tamam olub.



Əli Həsənov Məhəmmədəli oğlu 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində dünyaya gəlib. Moskva Dövlət Universitetini bitirib.

1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində böyük töhfəyə" görə Əli Həsənovu "Dostluq" ordeni ilə təltif edib.
Bağla X