02:20
(077) 610-22-33

1 həftəlik maqnit qasırğası başlayır - Xəbərdarlıq

  • >
1 595 11 May 2015 15:17 | Cəmiyyət

Sabahdan etibarən Yer kürəsində maqnit qasırğaları gözlənilir.


AzNews.az-ın məlumatına görə, Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, 1 həftə davam edəcək qasırğanın gücü zəif olacaq.

Onun sözlərinə görə, maqnit qasırğalarının gücü J1-dən J9-a qədərdir: "Yaxın günlərdə müşahidə ediləcək maqnit qasırğaları J1 gücündə olan zəif qasırğalar olacaq.

Maqnit qasırğası sabahdan başlayır və mayın 18-dək davam edəcək. Maqnit qasırğaları müəyyən fasilələrlə olacaq, bir müddət davam edəndən sonra səviyyəsi aşağı düşəcək və mayın 17-18-də sonuncusu müşahidə ediləcək. Bununla da, maqnit qasırğaları başa çatacaq. Onların hamısı zəif qasırğadır və insanlara ciddi təsiri olmayacaq".

N. Cəlilov əlavə edib ki, maqnit qasırğaları Günəşdə 3 gün öncə baş verən alışmaların nəticəsidir: "Günəş diskinin ortasında alışmalar baş verib, ayrılan plazma axını yerə doğru yönəlib. Bunun da nəticəsində sabahdan etibarən Yerdə maqnit qasırğaları gözənilir".
Bağla X