21:20
(077) 610-22-33

Xəstəxanaya aparılan azyaşlı dünyasını dəyişdi - Yenilənib

  • >
4 065 19 May 2015 17:13 | Cəmiyyət

Bakıda yanan binada itkin düşən azyaşlı qız dünyasını dəyişib.


AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib. Məlumata görə, Məhərrəmova Fərəh Elnur qızı xəstəxanada dünyasını dəyişib.

***
17:08
Bakıda yanan binada itkin düşən azyaşlı tapılıb.

AzNews.az xəbər verir ki, bu barədə APA-ya itkin düşən uşağın atası Elnur Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, 3 yaşlı Fərəh Məhərrəmova xilasedicilər tərəfindən xilas edilərək təcilli yardım həkimlərinə təhvil verilib. Təcilli Yardım briqadası uşağı Respublika Klinik Xəstəxanasına yerləşdiriblər: "Hazırda onun yanına gedirəm".

Qeyd edək ki, yanğın baş verəndən sonra sosial şəbəkələrdə binanın azyaşlı sakini F. Məhərrəmovanın itkin düşməsi barədə məlumatlar yayılıb.
Bağla X