11:42
(077) 610-22-33

“Deputatlar son 5 ilin hesabatını versin”

  • >
3 204 3 Oktyabr 2015 13:54 | Cəmiyyət

“Namizədliklərini irəli sürümüş hazırkı deputatlar seçkiqabağı öz təbliğatlarını qurmaqla bərabər millət vəkili olduqları dövrün hesabatını da verməlidirlər”.

AzNews.az xəbər verir ki, bu sözləri Beynəlxalq və Niderland Jurnalislər Birliyinin üzvü, ekspert Vüqar Abbasov öz "Facebook" səhifəsində yazıb. Ekspert noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə az vaxtın qaldığını vurğulayıb: "Azərbaycanda keçiriləcək növbəti parlament seşkilərinə lap az qalıb. Namizədliklərini irəli sürmüş şəxslər bu və ya digər imkanlardan istifadə edərək öz təbliğatlarını qurmaqdadırlar. Bir müddət sonra isə artıq rəsmi təbliğata start veriləcək. Namizədliyini irəli sürənlər içərisində hazırki deputatlar da var. Düşünürəm ki, bu deputatlar öz təbliğatlarını qurmaqla bərabər deputat olduqları dövrün hesabatını da verməlidirlər. Bunu etməyənlərin isə seçicilərə qarşı sayğısız yanaşdığı düşüncəsindəyəm. Kimsəyə sirr deyil ki, parlamentdə illərdir ki, səsini eşitmədiyimiz, heç bir fəaliyyəti görsənməyən, mətbuatda, sosial şəbəkələri də gözə dəyməyən deputatlarımız var. Təbii ki, onlar seçicilərinə hesabat verəcək durumda deyillər".

Vüqar Abbasov seçicilərinə vaxtaşırı hesabat verən millət vəkilləri barədə də öz fikirlərini bölüşüb: "Onlardan biri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyevdir. Onunla olan şəxsi münasibətlərimin bu yazdıqlarıma heç bir aidiyyatı yoxdur. Adil müəllim hər zaman aktiv olan millət vəkillərimizdəndir. Millət vəkili seçildiyi ərazidə yaşayan tanışlarımın onun haqqında etdikləri razılıqlar ayrı bir mövzunun söhbətidir. Həm şəxsi görüşlərim zamanı, həm də buradan müşahidə edirəm ki, Adil müəllim insanlarla ünsiyyətə meyilli adamdır. Onun fəaliyyətini yazmaq və.s. kimi fikrim yoxdur. Çünki bunlar haqda vaxtaşırı həm mətbuatdan, həm də sosial şəbəkələrdən məlumat almaq mümkündür. Mənə görə bütün bunlar alqışa layiq haldır. Arzu olunandır ki, bütün deputatlarımız seçicilərinə məhz bu cür hesabat versinlər və ən əsası hesabatda göstərə biləcəkləri işləri olsun".

Sevinc Yasinqızı
AzNews.az
Bağla X