16:01
(077) 610-22-33

AZAL-dan Həcc ziyarətinə gedənlərə - Şad xəbər

  • >
2 373 5 Oktyabr 2015 16:30 | Cəmiyyət

"AZAL gələcəkdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır".


AzNews.az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən Həccdən qayıdan zəvvarların Səudiyyə Ərəbistanında təyyarənin gecikməsi səbəbindən aeroportda qalmalarını şərh edərkən bildiriblər.

Məlum olduğu kimi, zəvvarlar Səudiyyə Ərəbistanının Məkkə şəhərinə AZAL-ın təyyarələri ilə səfər ediblər. Lakin Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən qəti şərtlərə görə, zəvvarların vətənə qayıdışını qarşı tərəf həyata keçirməli idi.

AZAL-dan bildiriblər ki, təəssüf ki, Səudiyyə tərəfi bu vəzifənin öhdəsindən gələ bilmədi. Bunun nəticəsində də azərbaycanlı zəvvarlar qayıdarkən ciddi problemlərlə üzləşdilər – uçuşlar təxirə salındı: "AZAL-ın simasında Azərbaycan tərəfi gələcəkdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə aparılması və onların qayıdışı üzrə vəzifələri yerinə yetirməyə hazırdır".
Bağla X