Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək vurduğu 6 yaralının vəziyyəti yaxşıdır. Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək vurduğu 6 yaralının vəziyyəti yaxşıdır.

BDU-nun qarşısında vurulan tələbələrlə bağlı son məlumat - 1-i reanimasiyadadır

Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək vurduğu 6 yaralının vəziyyəti yaxşıdır.



Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə zamanı ölən olmayıb. Yaralıların vəziyyəti isə yaxşıdır. Onların hər biri hadisədən sonra Klinik Tibbi Mərkəzə (KTM) aparılıb.

6 yaralıdan artıq 3-ü evə buraxılıb. Yaralı Fərhad Rzayev hazırda mərkəzin reanimasiya şöbəsindədir. Digərlərinin isə vəziyyəti normaldır.

Qeyd edək ki, Yaralıların hamısı tələbədir.

Sevinc Yasinqızı