- Köhnə - Dünya
- 9 Avqust 2016 22:02
- 2 330
İŞİD liderlərindən biri saxlanıldı - Almaniyada
Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror qruplaşmasının liderlərindən birini saxlayıb.
Bu barədə çərşənbə axşamı, avqustun 9-da, Bild nəşri məlumat verir.
Polisdən bildiriblər ki, saxlanılan şəxs Almaniyada terrorçuların maraqlarını təmsil edirdi.
Təqsirləndirilən şəxs yol polisi tərəfindən sənədlərinin yoxlanılması zamanı tutulub.
Müstəntiqlər hesab edirlər ki, yaraqlılar avqustun 26-da start götürən futbol üzrə Almaniya çempionatına terror aktları planlaşdıra bilərlər.
Oxu.Az