21:01
(077) 610-22-33

Putin xəstədi

  • >
1 540 1 Dekabr 2012 19:01 | Dünya

Kreml Putinin xəstə olduğu barədə xəbərləri təkzib etsə də, bir çoxları buna inanmır. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi müəmmalı olsa da, son vaxtlar prezidentin ölkənin ictimai həyatında passivliyi bunu deməyə əsas verir.

İlk dəfə Putinin xəstə olduğunu Yaponiyanın baş naziri dilə gətirib. Təxirə salınan xarici səfərlər, "dəyişən yeriş", Kremldən gələn pərdəarxası gizli məlumatlar da nəyinsə baş verdiyinə dəlalət edir. Bütün bunlar azmış kimi, telexəbərlər də son 1,5-2 aydır ki, ənənədən kənara çıxaraq Putinin fermalara, zavodlara səfərləri haqda heç danışmır. Efirdə yalnız hər hansı iclasın keçirildiyi haqda şablon xəbərlər verilir.

Əvvəldən hazırlanmış "konservləşdirilmiş" xəbərləri bir neçə gün sonra efirə verərək ümid edirlər ki, heç kim bundan şübhələnməyəcək və məlumatın isti-isti çatdırıldığına inanacaq.

İnci
AzNews.az
Bağla X