15:03
(077) 610-22-33

Əsədin ordusu 25 müxalifətçini edam etdi

  • >
433 5 Dekabr 2012 08:26 | Dünya

Suriyanın paytaxtı Dəməşqin Seyyidə Zeynəb rayonunda hökumət qüvvələri 25 nəfəri edam ediblər. Suriya Ali İnqilab Şurası 25 nəfərin güllələndiyini və onların hava limanı ərazisində əsir götürüldüklərini bildirib.

Şura həmin ərazidən əhalinin yardımı ilə yalnız 12 cəsədin çıxarıldığını, qalan cəsədlərin snayperlərin açdıqları atəş səbəbindən götürə bilmədiklərini deyib.

Götürülən cəsədlərin üzərində işgəncə əlamətlərinin olduğunu deyən müxalifət, ərazidə olan snayperlərin hərəkət edən hər şeyə atəş açdıqlarını söyləyib.

Tərlan
AzNews.az
Bağla X