19:40
(077) 610-22-33

Türk hərbçiləri Hollandiyadan siyasi sığınacaq istədi- Türkiyə əsgərlərini tələb edir

  • >
4 351 14 Fevral 2017 10:29 | Dünya

Türkiyədə 15 iyun hərbi çevriliş cəhdindən sonra barələrində həbs edilmə barədə qərar çıxarılmış, xarixi ölkələrdə xidmət göstərən bir qrup əsgər Türkiyəyə qayıtmaqdan imtina ediblər.

AzNews.az BBC-ə istinadən xəbər verir ki, vətənlərinə qayıtmq istəməyən türk əsgərləri Hollandiyadan siyasi sığınacaq tələb ediblər. Holandiya höküməti də həmin əsgərlərə ailələri ilə birlikdə 18 aylıq icazə verib. Bu müddət ərzində onların tələbinə baxılacaq və yekun qərar veriləcək.

Rəsmi Ankara əsgərlərin Türkiyəyə təhvil verilməsini tələb etsə də, Hollandiya höküməti hələki rəsmi bir cavab verməyib.

Xatırladaq ki, bir müddət əvvəl Almaniya mətbuatı 40 türk əsgərinin siyasi sığınacaq tələbi ilə ölkələrinə müraciət etmələri ilə bağlı xəbər yaymışdı.

NATO-nun Brüsseldəki qərargahında xidmət göstərən 85 türk əsgəri də ölkələrinə geri qayıtmamaq barədə qərar qəbul edib.

Bağla X