ABŞ prezidenti Donald Tramp ABŞ-ın yeni dostlar və tərəfdaşlar tapmaq istədiyini bildirib. ABŞ prezidenti Donald Tramp ABŞ-ın yeni dostlar və tərəfdaşlar tapmaq istədiyini bildirib.

ABŞ yeni dostlar axtarışındadır – Keçmiş düşmənlərlə yaxınlaşma

ABŞ prezidenti Donald Tramp ABŞ-ın yeni dostlar və tərəfdaşlar tapmaq istədiyini bildirib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri konqresə müraciətində məlumat verib.

“ABŞ yeni dostlar tapmaq və ümumi maraqlar kəsişəndə əməkdaşlıqlar qurmaq istəyir. Biz harmoniya və sabitlik istəyirik – müharibə və münaqişə istəmirik”, -deyə Tramp qeyd edib.

Trampın sözlərinə görə, hazırda ABŞ keçmiş düşmənlərlə dostluq edir: “Doslarımızdan bəziləri dünya müharibələrində barrikadaların digər tərəfində dayanmışdılar. Tarix bizə daha yaxşı dünya yaratmaq inamı verməlidir”.

Aydan AXUNDOVA