11:56
(077) 610-22-33

Con Kerri özünə yeni iş yeri tapdı

  • >
3 125 2 Mart 2017 10:01 | Dünya

ABŞ-ın sabiq dövlət katibi Con Kerri Vaşinqtonun Karnegi Fondunda ekspert kimi çalışacaq.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Uilyam Berns məlumat verib.

Zamanında Kerriyə tabe olan və dövlət katibinin müavini vəzifəsində çalışan Berns Kerrinin bu vəzifəyə tam uyğun gəldiyini bildirib: “Con Kerrinin bütün dünyada sülhə sadiqliyi Karnegi Fondunun missiyasına cavab verir”.

Onun sözlərinə görə, dövlət departamentinin sabiq rəhbərinin təcrübəsi heç vaxt olmadığı qədər lazımdır.

Kerrinin münaqişələrin həllinə və ətraf mühit sahəsində beynəlxalq çağırışlara diqqət ayıracağı qeyd olunur.

Con Kerri 2017-ci il yanvarın 20-də ABŞ prezidenti Donald Trampın inaqurasiyasından sonra dövlət katibi vəzifəsindən istefa verib.

Aydan AXUNDOVA

Bağla X