- Köhnə - Dünya
- 25 Mart 2017 20:08
- 3 906
Forbes ən varlı qadınların yeni siyahısını açıqladı
Forbes 2017-ci il üçün açıqladığı siyahıda rekord sayda- 227 qadının adı daxil edilib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının lideri 39,5 milyard dollarlıq varidatla L'Oreal şirkətinin sahibəsi, 94 yaşlı Lilian Bettankurdur. O, dünyanın ən varlı şəxslərinin siyahısında 14-cüdür.
Siyahının ikincisi 33,8 milyard dollarlıq Wal-Mart şirkətinin yeni sahibəsi, 68 yaşlı Elis Uoltondur.
İlk üçlüyü 27 milyard dollarlıq 77 yaşlı Jaklin Mars bağlayır.