20:18
(077) 610-22-33

ABŞ Rusiya ilə “barışmaq“ istəyir

  • >
317 4 Fevral 2013 16:47 | Dünya

Amerika Birləşmiş Ştatlarının vitse prezidenti Rusiya Xarici İşlər nazirinə yeni təklif irəli sürüb.



"Kommersant"ın yazdığı məlumata görə, vitse spiker Cozef Bayden Serqey Lavrovu 2 ölkə arasında son illər davam edən "müharibə"yə son qoymağa səsləyib.

Münhendə baş tutan görüşdə Bayden Lavrova "təhlükəli silahların məhv edilməsi" proqramına Rusiyanın da iştirak etməsinə olan istəyindən danışıb.

Serqey Lavrov bu konfransda hər il iştirak etməsinə və 2009-cu ildə "əlaqələrin yenidən qurulması" "düyməsini" sıxmasına baxmayaraq, 3 il öncə Rusiyanın atdığı bu addım cavabsız qalmışdı.

Əslində Rusiya ilə ABŞ arasında münasibətlər Abxaziya və Cənubi Osetiya məsələlərində gərinləşməyə başlasa da, bu məsələ "ərəb baharı"nda daha da qızışdı, desək yəqin ki, yanılmarıq.

"Ərəb baharı"nda Rusiya dəfələrlə Amerikanın planını pozmaqla, elə həm də münasibətlərin gərginliyini pik həddə çatdırmış oldu.

Ölkələr arasındakı gərginlik həm də digər sahədə də özünü göstərməyə başladı. Belə ki, Amerikanın Avropada raketdən müdafiə sistemini qurma istəyi və Rusiyanın buna yenidən "imkan" yaratmaması, onsuzda gərginləşən münasibətlərə duz səpmiş oldu.

İndi münasibətlərin gərgin bir dövründə Amerikanın yenidən Rusiya ilə münasibət qurma istəyi əslində başa düşüləndir.

Ekspertlərin fikrincə, ABŞ bu üsulla rəsmi Moskvanı idarə etmək və Avropada raketdən müdafiə sistemi layihəsini həyata keçirməyə nail olmaq istəyir.

Aynur
AzNews.az

Bağla X