ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonra ilk dəfə olaraq qondarma erməni soyqırımı ilə bağlı çıxış edəcək. ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonra ilk dəfə olaraq qondarma erməni soyqırımı ilə bağlı çıxış edəcək.

Tramp “soyqırım” deyəcəkmi?

ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonra ilk dəfə olaraq qondarma erməni soyqırımı ilə bağlı çıxış edəcək.

Qondarma erməni soyqırımının “il dönümündə” bütün gözlər Ağ Evə çevrilib. “24 aprel” ərəfəsində ABŞ-ın Nümayəndələr palatasının 80-dən çox üzvü prezident Donald Trampa məktub ünvanlayaraq “1915-ci il hadisələri”ni “soyqırım” adlandırmasını xahiş edib.

Deutsche Welle xəbər verir ki, məktubda respublikaçı prezidentlərdən Ronald Reyqan misal göstərilərək, Trampdan eyni yolu getməsi tələb olundu. 1981-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan “1915-ci il hadisələri”ni “soyqırım” adlandırmışdı.

Amma rəsmi Vaşinqtonda sələfi Barak Obama kimi Trampın da “soyqrım” ifadəsini işlətməyəcəyi qənaətindədirlər. Məsələn, New York Times bir gün əvvəl yayımladığı xəbərdə Konqres üzvlərinin çağırışına baxmayaraq, Trampın belə bir addım atması ehtimal edilmir. Nəşr iddia edir ki, Trampın 16 aprel referendumundan sonra türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı təbrik etməsi bu ehtimalı çox aşağı edir.

Xatırladaq ki, Barak Obama 24 aprel çıxışlarında “soyqırım” sözü əvəzinə erməni dilində “böyük fəlakət” mənasını daşıyan “Meds Yeghern”, Trampdan əvvəlki sonuncu respublikaçı prezident Corc Buş isə “tarixin ən böyük fəlakətlərindən biri” və “XX əsrin ən dəhşətli faciələrindən biri” ifadələrini işlədib.

Səbinə Məlikova

AzNews.az