Avstriyanın paytaxtı Vyanada yaşayan 95 yaşlı Ernestina Ştollberq ağ pərdənin fonunda çəkdirdiyi bu fotolarla İnstagram istifadəçilərinin qəlbini fəth etməyi bacarıb. Avstriyanın paytaxtı Vyanada yaşayan 95 yaşlı Ernestina Ştollberq ağ pərdənin fonunda çəkdirdiyi bu fotolarla İnstagram istifadəçilərinin qəlbini fəth etməyi bacarıb.

95 yaşlı təqaüdçü İnstagram fenomeni oldu - Fotolar

Avstriyanın paytaxtı Vyanada yaşayan 95 yaşlı Ernestina Ştollberq ağ pərdənin fonunda çəkdirdiyi bu fotolarla İnstagram istifadəçilərinin qəlbini fəth etməyi bacarıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda Ernestina Vyana küçələrində gəzişərkən mağazalardan birinin vitrinində dayanan it onun diqqətini cəlb edir. Mağazaya daxil olaraq, iti sığallamağa başlayıb. Həmin vaxt mağazanın sahibləri çox zövqlü görünən bu xanımdan onların satdığı geyimi geyinərək şəkil çəkdirməyi xahiş ediblər.

Mağaza sahibinin sözlərinə görə Ernestinaya eleqant üslubda geyim təqdim edəndə, o, kamera qarşısında zərif görünməyə çalışırdı. Onu daha çılğın üslubda geyindirəndə isə, əhval-ruhiyyəsi də dəyişirdi. Sanki, onun anadangəlmə modellik istedadı var imiş.

Ernestina bu xahişi yerinə yetirib. Bundan sonra isə 95 yaşlı xanım gözlənilmədən məşhurlaşmağa başlayıb. Hətta Vogue jurnalının Amerika versiyası belə onun haqda geniş yazı dərc edib.

image description image description image description image description image description image description image description image description image description image description