18:13
(077) 610-22-33

Qonşusunun iki oğlunu yuxuda olarkən güllələdi

  • >
7 014 9 May 2017 14:14 | Dünya

Bu gün Türkiyədə 67 yaşlı kişi qonşunun iki oğlunu yuxuda ikən güllələyib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Batmanın Gercüş Mahalında təqaüdçü olan Abdurrəhman adlı şəxs səhər sübhdən qonşunun evinə daxil olaraq 16 yaşlı Vədat ilə 17 yaşlı Engini pnevmatik tüfənglə yaralayıb. Tüfəng səsinə oyanan oğlanların atası Xeyirəttin Dündarqaya 2 oğlunu qanlar içində görüb. Ata polis və təcili yardım çağırıb. Hansı səbəblə hadisəni törətdiyi məlum olmayan şəxs tutulub. Xəstəxanaya çatdırılan uşaqlardan birinin vəziyyəti çox ağırdır.

Oğlanların atası Xeyirəttin Dündarqaya hadisəni törədənin həm də uzaq qohumları olduğunu bildirib:

"Həyat yoldaşımı bir neçə il əvvəl itirmişəm. İki oğluma özüm həm ata, həm ana olmuşam. Səhər saat 6-da güllə səsinə oyandım. Evimizin pəncərə şüşələri qırılmışdı. Qonşumuzu əlində tüfənglə qaçanda gördüm. İki oğlumu da vurmuşdu. Uzaqdan ana tərəfdən qohumumuzdu. Amma, aramızda heç bir müsibət olmayıb. Ondan şikayətçiyəm. İndi bir oğlum ölümlə mübarizə aparır. Cəzasını çəksin."

Hadisə ilə bağlı araşdırma davam edir.

Bağla X