20:18
(077) 610-22-33

Almaniyada terror təhlükəsi təşvişə səbəb oldu

  • >
2 356 10 May 2017 14:52 | Dünya

Almaniyada genişmiyaslı anti-terror əməliyyatları başladılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin həyəcan siqnalı elan etməsinə səbəb bir neçə İŞİD qruplaşması üzvünün ölkədə gizləndiyinə dair məlumat almaları olub.

Anti-terror əməliyyatları Bavariya, Saksoniya, Saksoniya-Anhalt və Berlin ştatlarında icra olunur.

Məlumata görə, polis konkrekt olaraq 3 nəfəri axtarır. Onlardan 2-si İŞİD qruplaşmasının üzvüdür. Digər bir nəfər isə onlara dəstək olan şəxsdir. Hələlik əməliyyatlar zamanı heç kim həbs olunmayıb. Lakin ötən gün polis əməkdaşları Leypsiq şəhərində bir neçə nəfərin saxlanıldığını bildirmişdi.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X