08:14
(077) 610-22-33

Prezident seçkilərinə namizədlər arasında mübahisə- İranda

  • >
2 854 13 May 2017 11:08 | Dünya

Debat zamanı namizədlər bir-birilərini müxtəlif qanun pozuntularında, rüşvətxorluqda ittiham ediblər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentlik uğrunda hazırkı dövlət başçısı Həsən Ruhani ilə yanaşı 5 namizəd mübarizə aparır.

Ruhani rəqiblərindən biri İbrahim Rəisini seçkilərdə qalib gəlmək üçün dindən sui-istifadə etməkdə günahlandırıb.

Cənab Rəisi mənə istədiyiniz qədər böhtan ata bilərsiniz. Dini məhkəmənin hakimi kimi mənə qarşı həbs hökmü də verə bilərsiniz. Lakin xahiş edirəm, hakimiyyət üçün dindən sui-istifadə etmə.

Namizədlər isə onu rüşvətxorluqda, iqtisadi idarəetmə səriştəsizliyində və tarixi nüvə razılaşmasından mənfəət əldə edə bilməməkdə ittiham ediblər.

Namizədlərdən Məhəmməd Baqir Ğalibaf Ruhanini “barsız ağac” adlandırıb və bildirib ki, onun hakimiyyəti dövründə 250 min iş yeri bağlanıb.

Ölkədə iqtisadi böhran yaşanır. İşsizlik, geriləmə və infilyasiya müşahidə olunur. 4 ildə bar verməyən ağac gələcək də heç bir bəhrə verə bilməz.

Çoxları onu islahatçı siyasi lider hesab etsə də, Ruhani özünü mötədil praqmatist siyasətçi kimi təqdim edir. Bununla belə, debatda islahatçı rejimə ehtiyac olduğu daha çox vurğulanıb.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X