Türkiyənin Muğla-Marmaris yolunun Sakar Keçidi hissəsindəki döngəli yolda türistləri daşıyan avtobus aşıb. Türkiyənin Muğla-Marmaris yolunun Sakar Keçidi hissəsindəki döngəli yolda türistləri daşıyan avtobus aşıb.

Turist avtobusu aşdı - 23 ölü, 8 yaralı (Yenilənib 3 + Video)

Türkiyənin Muğla-Marmaris yolunun Sakar Keçidi hissəsindəki döngəli yolda türistləri daşıyan avtobus aşıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində çoxlu sayda ölənlər və yaralananlar var. Hadisə yerinə təcili yardım maşınları və xilasedicilər cəlb edilib.

14:15

***

Türkiyədə turistləri daşıyan avtobusun aşması nəticəsində ölənlərin sayı məlum olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ilkin məlumata görə ölənlərin sayı 17-yə çatıb.Çoxlu sayda yaralı var. Yerli turistləri daşıyan avtobus Marmarisə həftə sonu gəzintisi üçün gedərkən uçuruma yuvarlanıb. Qəzanın ilkin səbəbi kimi avtobusun əyləcinin partlama ehtimalı və sürücünün nəqliyyat vasitəsini lazım olduğundan sürətli sürdüyü deyilir.

14:42

***

Türkiyədə baş verən qəza nəticəsində ölənlərin sayı 20-yə çatıb.

AzNews.az Cnnturk-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb. Avtobusda 43 nəfər olub. Sürücün vəziyyətinin ağır olduğu deyilir. İlkin məlumatlara görə, avtobusda xarici turist olmayıb, hamısı yerli turistlər olub.

15:27

***

Türkiyədə yerli turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 23-ə çatıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Muğlanın İcra başçısı açıqlamasında 8 nəfərin yaralandığını bildirib. Hadisəni sürücünün səhvi ucbatından baş verdiyi deyilir.