1994-cü il 18 iyulda qadının ana olma yaşı rekordu qırıldı. 63 yaşlı italiyalı Rozanna Dala Korta ana oldu. Rozanna daha sonra 2005-ci ilin yanvar ayında qədər həyatda qala bilmişdi. Bundan sonra rekord dəfələrlə qırıldı. Müxtəlif cəmiyyətlər arasında yaşlı qadının ana olmasına qarşı münasibət birmənalı deyil. Bəzi insanlar bu cür qadınları cəsarətinə görə alqışlayır, bəziləri isə mühakimə edir. Bu cür təəssüratlar, azyaşlı qızlar ana olan zaman da yaşanır. 1994-cü il 18 iyulda qadının ana olma yaşı rekordu qırıldı. 63 yaşlı italiyalı Rozanna Dala Korta ana oldu. Rozanna daha sonra 2005-ci ilin yanvar ayında qədər həyatda qala bilmişdi. Bundan sonra rekord dəfələrlə qırıldı. Müxtəlif cəmiyyətlər arasında yaşlı qadının ana olmasına qarşı münasibət birmənalı deyil. Bəzi insanlar bu cür qadınları cəsarətinə görə alqışlayır, bəziləri isə mühakimə edir. Bu cür təəssüratlar, azyaşlı qızlar ana olan zaman da yaşanır.

Qadınlar zamanla ana olur – Tarixin ən gənc anaları...

1994-cü il 18 iyulda qadının ana olma yaşı rekordu qırıldı. 63 yaşlı italiyalı Rozanna Dala Korta ana oldu. Rozanna daha sonra 2005-ci ilin yanvar ayında qədər həyatda qala bilmişdi. Bundan sonra rekord dəfələrlə qırıldı. Müxtəlif cəmiyyətlər arasında yaşlı qadının ana olmasına qarşı münasibət birmənalı deyil. Bəzi insanlar bu cür qadınları cəsarətinə görə alqışlayır, bəziləri isə mühakimə edir. Bu cür təəssüratlar, azyaşlı qızlar ana olan zaman da yaşanır.

AzNews.az tarixin ən gənc analarını təqdim edir.

Lina Medina - Peru

Perudan olan Lina Medina tarixin ən gənc anasıdır. O, 1939-cu ildə 5 yaşında ana olub. Onun qeysəriyyə üsulu ilə dünyaya gətirdiyi körpənin çəkisi 2.7 kiloqram təşkil edirdi. Validenyləri uşağın qarnında şiş olduğunu zənn edərək onu xəstəxanaya gətiriblər. Lakin müayinədən sonra məlum olub ki, Medina 7 aylıq hamilədir. Daha sonra valideynləri uşağın adını həkimin şərəfinə Herardo qoyurlar. Herardo 10 yaşına qədər anasını bacı hesab edib. Herardo 40 yaşında kəllə-beyin xəstəliyindən dünyasını dəyişib.

Medinanın hamilə qalması məsələsinə gəlincə isə, məqalələrdən birində qeyd olunur ki, Medinanın üzvü olduğu Perunun hindi qəbiləsi arasında sonda eyş-işrətlə bitən kütləvi qonaqlıq məclisləri geniş yayılıb. Ehtimal olunur ki, belə Medina belə məclislərdən birində eyş-işrətə cəlb olunub və nəticədə hamilə qalıb.

İlda Truxilo – Peru

Truxilo 1957-ci ildə 9 yaşında dünyaya uşaq gətirib. Məlumata görə, o, 22 yaşlı dayısı oğlu tərəfindən zorlanıb.

Boliviyalı qız

10 yaşlı adı açıqlanmayan qız 2007-ci qeysəriyyə üsulu ilə ana olub. Uşağı zorlayan 28 yaşlı cinayətkar həbs edilib.

Kamerunlu qız

İsveçrədə 10 yaşlı kamerunlu qız 2005-ci ildə ana olub. Qızın ailəsi Kamerundan İsveçrəyə mühacirət edib. Burada onun anası isveçrəli kişiyə ərə gedir. 68 yaşlı kişi qıza da sataşmağa başlayır. Bununla belə, DNT testi zamanı qızın uşağının atasının qadının əri olmadığı ortaya çıxıb.

Mam-Zi – Nigeriya

Nigeriyalı Mam-Zi 1893-cü ildə 8 yaşında ana olub.

Meri Simpson

Simpson 10 yaşından fahişəlik etməyə məcbur edilib və bir qədər sonra çəkilən fotoda o, artıq 4 aylıq hamilə idi.

Valya İsayeva – Rusiya

İsayeva 2005-ci ildə 11 yaşında dünyaya uşaq gətirib. Onun tacik əsilli Həbibullah Pataxonov tərəfindən zorlandığı məlum olub. Qızın nənəsi Həbibullah Pataxonova öz evini kirayə vermişdi. 2005-ci ildə Pataxonovun 18 yaşı tamam olduqdan sonra məhkəmə ona 3 il şərti həbs cəzası verdi. İndi İsayeva artıq 3-cü dəfə ana olmağa hazırlaşır. 2014-cü ildə cütlüyün rəsmi olaraq toy mərasimi olub.

Bəxtiyar Abbasov

AzNews.az