12:14
(077) 610-22-33

“WannaCry” virusunu dayandıran britaniyalı ekspert zərərli proqram yaratdığını etiraf edib

  • >
943 5 Avqust 2017 12:46 | Dünya

“WannaCry” virusunu neytrallaşdıran britaniyalı kompüter eksperti Markus Hatçins bank məlumatlarını oxuya bilən proqram yaratdığını etiraf edib.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, proqramçının vəkilinin məlumatına əsasən o, zərərli proqramın yaradılması üzrə hər bir 6 halda günahsız olduğunu bəyan etməyi planlaşdırır.

“Markus Hatçins “Kronos” virusunu hazırlayaraq onu satdığını etiraf edib”, - deyə prokuror bildirib.

Las-Veqas məhkəməsi Hatçinsin azad olunması üçün 30 min dollar məbləğində girov təyin edib.

Bir qədər əvvəl ABŞ-ın Federal Təhqiqatlar Bürosunun əməkdaşları may ayında “WannaCry” qlobal virusunun “açarı”nı taparaq onu zərərsizləşdirən kompüter təhlükəsizliyi üzrə ekspert Markus Hatçinsi həbs edib.

Qeyd edək ki, Böyük Britaniyadan olan mütəxəssis iyulun sonlarında Las-Veqasda keçirilən kompüter təhlükəsizliyi üzrə konfransdan sonra saxlanılıb. Markus Hatçinsi “Kronos” virusunu yaymaqda ittiham edirlər. O, virusun köməyi ilə istifadəçilərin şəxsi məlumatlarına, o cümlədən bank rekvizitlərinə çıxış əldə edib.

AzNews.az

Bağla X