01:27
(077) 610-22-33

Gənc modeli qaçırıb satmaq istədilər

  • >
1 674 6 Avqust 2017 13:30 | Dünya

İtaliyanın Milano şəhərində adı açıqlanmayan 20 yaşlı model bir filmdə çəkilmək adı ilə ölkəyə gətirilib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, gənc qadını film çəkəcəyini sandığı şəxslərlə görüşdüyü zaman dərman verərək huşsuz vəziyyətə gətiriblər. Sonra isə əllərini və ayaqlarını bağlayaraq bir çantanın içinə qoyublar. Çantanı avtomobilin baqajına qoyaraq oradan uzaqlaşıblar.

Təxminən 2 saat yarım avtomobillə getdikdən sonra İngilis model əvvəl bir iş yerinə, ordan da kimsəsiz bir fermada olan evə aparılıb. Burada 6 gün ərzində əlləri qandallı şəkildə həbs edilən qadın, özündə olmadığı müddətdə çılpaq görütüləri çəkilərək internetdə gizli pornoqrafik məzmunlu saytlara yüklənib. Bütün bunları edən Black Death adlı şəbəkə üzvləri qadının meneceri ilə ünsiyyətə girərək 300 min dollar pul istədiklərini, əks halda qadının fotoşəkillərinin yükləndiyi saytda onları açıq şəkildə yayacaqlarını söyləyiblər. Ancaq, 6 gün sonra necə olursa şəbəkə üzvlərindən biri qadının bir uşağı olduğunu öyrənir və bunun onların qaydalarına tərs olduğunu söyləyərək gənc qadını sərbəst buraxır.

Lukasz Herba adlı 30 yaşlı Polşa vətəndaşı hadisə ilə əlaqədar saxlanılıb. İtaliya polisi qadının tutulduğu evdə axtarışlar zamanı çox sayda dəlil ələ keçirib. Müxtəlif fotoşəkillər tapan polis, əlləri zəncirlənmiş halda yarıçılpaq qadının görütüsünü ələ keçirib. Görüntünün üzərində qadının bədən ölçüləri, boyu, hansı ölkədən gəldiyi yazılıb. Polis indi Black Death şəbəkəsinin qurbanı olan şəxsləri axtarır.

Bağla X