- Köhnə - Dünya
- 19 Avqust 2017 17:24
- 3 579
Ermənistanda avtomobillər toqquşub - 2 ölü, 7 yaralı
Ermənistanın Lori vilayətində yol-nəqliyyat hadisəsi baş verib
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza Alaverdi-Stepanavan avtomobil yolunda qeydə alınıb.
“Opel” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 7-si yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az