01:23
(077) 610-22-33

İphone 8-in təqdim olunacağı tarix məlum oldu

  • >
3 903 31 Avqust 2017 21:06 | Dünya

Apple şirkəti yeni təqdim mərasimi üçün dəvətnamələri paylamağa başlayıb.

AzNews.az The Verge-ə istinadən xəbər verir ki, təqdimat sentyabrın 12-də baş tutacaq.

iPhone 8-dən başqa şirkət 2 yeni smartfon modeli - iPhone 7s və 7s Plus da təqdim edəcək.

Bundan başqa, LTE - modullu yeni Apple Watch saatının, 4К və HDR dəstəkli Apple TV və iOS 11 də nümayişi planlaşdırılır.

Yeni dizaynlı İphone 8-in ekranı çərçivəsiz 5,8 düymlü olacaq. Həmçinin, Apple Touch ID barmaq skanerindən də qurtulacaq. Bunun əvəzində isə, üz skanerindən istifadə ediləcək. Bundan başqa, smartfon simsiz enerji yükləyə biləcək, yenilənmiş ikiqat kamerayla təchiz ediləcək.

Bağla X