04:31
(077) 610-22-33

Kanada işıqsız qaldı

  • >
603 19 Fevral 2013 08:45 | Dünya

Kanadanın Atlantik okeanı sahillərində yerləşən vilayətlərində qar çovğunun başlaması nəticəsində təxminən 14 min ev isıqsız qalıb



Nyu-Bransuikedə 40 santimetrə qədər qar yağıb. Kvebek vilayətindən şərqə doğru qarın qalınlığı 60 santimetrədək artıb. Nyufaundlend adasından qərbə doğru əsən küləyin sürəti isə 170 km/s olub.
"Bir sıra rayonlarda elektrik dirəkləri aşıb, bəzi yerlərdə elektrik xətləri isə qarın ağırlığından qırılıb" - deyə məlumatda bildirilir.
"10 metrəlik dalğalar isə sahildəki gəmiləri aşırıb" - deyə Qalifaks xilasetmə mərkəzinin leytenantı Piter Rayan bildirib.
Havanın sərt keçməsilə əlaqədar olaraq, məktəblər, yollar bağlanıb, aviareyslər təxirə salınıb.

AzNews.az
Bağla X