01:35
(077) 610-22-33

İran “Arqo“-dan narazı qaldı

  • >
468 23 Fevral 2013 10:28 | Dünya

Hollivud aktyoru Ben Afflekin rejissor kimi özünü sınadığı "Arqo" filmi İranda narazılığa səbəb olub



Film 1979-cu ildə ABŞ səfirliyinin 50 əməkdaşının girov götürülməsindən və onların azad edilməsi istiqamətində "Arqo əməliyyatı"ndan bəhs edir.

Qeyd edək ki, 1979-cu ilin noyabrından 1981-ci ilin yanvarına kimi davam edən girov əməliyyatı zamanı İrandakı ABŞ səfirliyinin 50 əməkdaşından 6-sı qaçmağa müvəffəq olaraq, Kanada səfirliyində gizlənə bilmişdi.

İranda "Arqo" filminin həqiqəti əks etdirmədiyini iddia edirlər. "Arqo" kimi əksər Hollivud filmləri İranda kinoteatrlarda nümayiş olunmur, lakin filmlərin pirat versiyasını küçə alverçilərindən əldə etmək mümkündür. Əmir Saman adlı Tehran sakini "Arqo" filminin İran və İran xalqı haqqında yanlış təsəvvür yaratdığını deyir.

1979-cu ildə ABŞ səfirliyinin əməkdaşları girov götürülərkən orada işləyən Məsumə Ebtekar həmin vaxt zorakılıq həddinin heç də filmdə göstərildiyi kimi olmadığını bildirir. "Girov götürənlər gənc, intizamlı və çox sakit idilər, elə bir zorakılıq yox idi".

İranın tanınmış film tənqidçilərindən olan Əli Moallem də filmin o qədər də böyük təəssürat oyatmadığını, lakin bəzi aspektlərini bəyəndiyini deyir.

Ben Afflekin filmi sabah Los-Ancelesdə keçiriləcək "Amerika Kino Akademiyası" mükafatının təqdimetmə mərasimində "Oskar"a namizəd göstərilmiş filmlərdən biridir.


AzNews.az
Bağla X