2014-cü ildən etibarən tutulan uyğur məhbuslar tikanlı divarı aşmaq üçün ədyallardan istifadə edib 2014-cü ildən etibarən tutulan uyğur məhbuslar tikanlı divarı aşmaq üçün ədyallardan istifadə edib

Uyğur məhbuslar tunel qazıb qaçdılar

2014-cü ildən etibarən tutulan uyğur məhbuslar tikanlı divarı aşmaq üçün ədyallardan istifadə edib

Tailandın cənubundakı Sonqkla şəhərində bir həbsxanada tutulan 25 uyğur məhbus qaçmağa çalışıb.

AzNews.az xəbər veirir ki, yerli "Khaosod" qəzetinin internet saytında yer alan xəbərə görə, Sadao bölgəsindəki mərkəzdə qaçan məhbuslardan 5 nəfəri polis tərəfindən tutulsa da, 20 nəfəri hələ də axtarılır.

Polis məmuru Seksan Kaesavang qaçan uyğurların hamamın divarında dəliklər açdığını və Malayziya sərhədindəki mərkəzin tikanlı divarına dırmanmaq üçün ədyallardan istifadə etdiklərini bildirib. Polis məmurları qaçaqların Malayziyaya yönəldiklərini təxmin edərək onların tapılması üçün Malayziya polisi ilə işbirliyi quracaqlarını bəyan ediblər.